00:00:00
Yazar
Admin User
15.02.2024 17:26 544 2 dəq oxuma
Yoxdur

Ermənistanın məqsədi nədir?

Ermənistanın məqsədi nədir?

Paşinyan: Təhlillərimiz göstərir ki, Azərbaycan Ermənistana qarşı genişmiqyaslı müharibəyə başlaya bilər. Son günlərdə Ermənistanın törətdiyi təxribatlar və açıqlamalar Azərbaycan-Ermənistan münasibətini gərginləşdirir.

"Baş nazir Nikol Paşinyan və Ermənistan rəsmiləri bu cür açıqlamalar verərək həm Ermənistan xalqını, həm də beynəlxalq aləmi sanki aldatmaq istəyirlər. Ermənistan bununla vaxt qazanmağa çalışır, həmçinin humanitar missiya həyata keçirilənləri hərbi missiya həyata keçirməyə sövq edir. Bunlar Fransa prezidenti Emmanuel Makronun planıdır"

Bu sözləri politoloq Ramiz Alıyev "İnformator.az" a açıqlamasında bildirib.

Politoloqun fikrincə, Ermənistanın Baş Naziri daha dəqiq fikirləşsə, anlayar ki, Azərbaycan heç bir ölkənin suverenliyinə xələl gətirməyi düşünmür və heç bir dövlətin torpağında gözü yoxdur.

"Hazırkı Ermənistan dövlətinin mövcud olmasında, Azərbaycan torpaqlarının böyük əhəmiyyəti var. Torpaqlarımızı geri qaytarmaq fikrimiz olsa, İrəvan başda olmaqla bir çox ərazilər geri qaytarılmalıdır. Azərbaycan Ermənistanın, Ermənistan isə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Belə olan halda Azərbaycan sülh müqaviləsinin bağlanmasını və sərhədlərin müəyyən olunmasını təklif edib. Azərbaycan Ermənistana və ya digər dövlətlərə qarşı hərbi əməliyyatlar keçirmək fikri yoxdur"

Politoloq qeyd etdi ki, Ermənistan Azərbaycana qarşı təxribatlar edərsə, Azərbaycan "Qisas" əməliyyatları ilə layiqli cavab verəcək. Buna görə də Azərbaycana heç bir dövlət təyziq göstərə bilməz. Azərbaycana qarşı hər hansı bir təxribat, hücum olacaqsa, həmin ölkənin müstəqilliyi şübhə altında ola bilər.

 

Asiman Hafizqızı 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər