Estoniya da Rusiyanın idi - Medvedyev
Estoniya da vaxtilə Rusiyanın tərkibində olub.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev Avropa Birliyinin rəsmisi Kaya Kallasın fikrini şərh edərkən deyib.
"Səriştəsiz təcrübə siçovulu Kallas bir daha bəyan edib ki, Rusiya heç vaxt ona məxsus olmayanı tələb edir. Donbas Rusiyaya məxsus idi, başqa heç kimə. 50 yaşında bu qədər axmaq ola bilməzsən. Estoniya da (Kaya Kallas estoniyalıdır - red.) Rusiyanın bir hissəsi idi", - deyə o qeyd edib.