00:00:00
Yazar
Bəsti Nəsibova
03.11.2026 14:56 9 2 dəq oxuma
Sosial

Etibar Məmmədov: “Qərbi Azərbaycanın Maarif İrsi: Unudulmaz Məktəblər” layihəsi yekunlaşıb

Etibar Məmmədov: “Qərbi Azərbaycanın Maarif İrsi: Unudulmaz Məktəblər” layihəsi yekunlaşıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai birliyi tərəfindən həyata keçirilən “Qərbi Azərbaycanın Maarif İrsi: Unudulmaz Məktəblər” layihəsi başa çatıb.

2026-cı ilin avqust-oktyabr aylarını əhatə edən layihə çərçivəsində Qərbi Azərbaycanın maarifçilik tarixi, tarixi məktəbləri və təhsil ənənələrinin ictimaiyyətə çatdırılması istiqamətində bir sıra fəaliyyətlər həyata keçirilib.

Layihənin əsas nəticələrindən biri mövzuya həsr olunmuş 10 qısa video-podkastın hazırlanması olub. Video materiallarda Qərbi Azərbaycanın təhsil tarixi və maarifçilik irsi müxtəlif istiqamətlərdən təqdim edilib. Hazırlanan 10 video-podkastın hamısı sosial şəbəkə platformalarında yayımlanaraq geniş auditoriyaya təqdim olunub.

Maarifləndirmə tədbirləri isə dörd təhsil müəssisəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində, Azərbaycan Texniki Universitetində, Azərbaycan Dövlət Pedaqoji Kollecində və Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilib.

Görüşlərdə layihə rəhbəri, ictimai birliyin sədri Etibar Məmmədov tələbələrə Qərbi Azərbaycanın tarixi məktəbləri, maarifçilik ənənələri və təhsil irsinin qorunmasının əhəmiyyəti barədə məlumat verib. İştirakçılara layihə çərçivəsində hazırlanmış video-podkastlar nümayiş etdirilib.

Tədbirlər tələbələrin fəal iştirakı, sual-cavab və fikir mübadiləsi şəraitində keçib. Gənclər mövzu ilə bağlı öz fikirlərini səsləndirib, onları maraqlandıran suallara cavab alıb və təşəbbüsün əhəmiyyətini vurğulayıblar.

Layihənin icrası müddətində keçirilən tədbirlər, hazırlanan video materiallar və görülən işlər barədə məlumatlar da sosial şəbəkələrdə mütəmadi yayımlanıb.

Layihənin yekunları ilə bağlı danışan Etibar Məmmədov bildirib ki, üç ay ərzində nəzərdə tutulan fəaliyyətlər həyata keçirilib. O, 10 video-podkastın hazırlanaraq yayımlanmasını və dörd təhsil müəssisəsində maarifləndirici görüşlərin təşkilini layihənin əsas nəticələri kimi qeyd edib.

İctimai birliyin sədri vurğulayıb ki, Qərbi Azərbaycanın maarifçilik tarixinin gənclərə tanıdılması tarixi yaddaşın qorunması və milli-mədəni irsin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətlidir.

Beləliklə, layihənin icra mərhələsi yekunlaşıb. Hazırda həyata keçirilmiş fəaliyyətlər üzrə yekun hesabatın təqdim edilməsi prosesi aparılır.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.

#yeni #maarif #unudulmaz #məktəblər”
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər