Etirazçılar öldürülsə, ABŞ müdaxilə edəcək
ABŞ prezidenti Donald Tramp İran hakimiyyətini dinc etirazçıları öldürməkdən çəkinməyə çağıraraq bildirib ki, Vaşinqton belə bir hal baş verərsə, “onların köməyinə gələcək”.
O, sosial şəbəkədə paylaşdığı qısa mesajda yazıb: “Biz tam hazır vəziyyətdəyik və hərəkətə keçməyə hazırıq”. Tramp bu açıqlamasında əlavə detallara yer verməyib.
İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin baş müşaviri isə cavab olaraq Trampa müdaxilə edəcəyi təqdirdə “ehtiyatlı olmağı” tövsiyə edib və bunun Yaxın Şərqdə genişmiqyaslı xaosa səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Məlumata görə, İranda pisləşən iqtisadi vəziyyətə görə başlayan və təxminən bir həftədir davam edən kütləvi etirazlar zamanı cümə axşamı azı 6 nəfər həlak olub.
BBC
Fatimə Hüseynli
