00:00:00
Yazar
Admin User
11.01.2026 08:51 67 1 dəq oxuma
Dünya

Etirazlarda İranın 8 xüsusi təyinatlısı həlak olub

Etirazlarda İranın 8 xüsusi təyinatlısı həlak olub

İranda baş verən iğtişaşlar nəticəsində Hüquq-Mühafizə Orqanları Komandanlığının xüsusi bölmələrinin səkkiz hərbçisi həlak olub.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Hüquq-Mühafizə Orqanları Komandanlıq məlumat yayıb.

 

Bildirilib ki, ölümlər yanvarın 8 və 9-da qeydə alınıb. “Hərbçilər atəş açan və hüquq-mühafizə orqanlarının əməkdaşlarını müxtəlif silahlarla döyən qiyamçıların hücumu nəticəsində həlak olublar”, - məlumatda bildirilib.

 

Məlumata görə, silahlı insident yaradan terrorçulardan 200-ü həbs olunub, iğtişaş iştirakçılarının sığınacaqlarından xeyli miqdarda döyüş sursatı, silah, qumbara və Molotov kokteylləri müsadirə edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər