Euronews Qarabağdan yazdı
Euronews xəbər portalı Azərbaycanın Qarabağda apardığı quruculuq işlərindən bəhs edib.
İnformator.az xəbər verir ki, Laçında görülən tikinti işləri xüsusi olaraq vurğulanıb. Müşahidələrini şərh edən xəbər kanalı Laçını geniş tikinti meydançası adlandırıb. Euronews-un beynəlxalq müxbiri Anelise Borges öz doğma yurduna qayıdan Laçınlılarla görüşüb, onların yeni evlərində qonaq olub.
Həmçinin euronews Azərbaycanın 6800-ə yaxın əsgərini itirdiyi müharibə ilə öz torpaqlarını geri qaytardığını vurğulayıb.
