00:00:00
Yazar
Admin User
03.04.2025 17:31 240 1 dəq oxuma
Sosial

Evini satanlar bunu MÜTLƏQ OXUSUN

Evini satanlar bunu MÜTLƏQ OXUSUN

Daşınmaz əmlakın satışı zamanı evdə qeydiyyatda olanların satışdan pay əldə etməsi məsələsi, qanunvericilik və tərəflərin razılaşmalarına görə dəyişə bilər. Bu sualın cavabı əsasən Azərbaycanda mövcud olan hüquqi tələblərə və mülkiyyət hüquqlarına əsaslanır.
Bəs görəsən daşınmaz əmlak satılan zaman evdə qeydiyyatda olanlar satışdan pay əldə etməlidirmi?

 

Bu barədə hüquqşünas Ramil Süleymanov “informator.az”a açıqlamasında bildirib ki, daşınmaz əmlakda qeydiyyatda olmaq şəxsə mülkiyyət hüququ vermir:

 

“Əmlak satılan zaman yalnız həmin əmlakda payı olan vərəsəlik qaydasında və ya birgə mülkiyyəti şəklində əldə olunubsa , həmin əmlakdan o halda pay verilə bilər. Əks təqdirdə , şəxsin hər hansı bir mənzildə, fərdi yaşayış evində qeydiyyatda olması onun həmin əmlakdan pay hüququnu şərtləndirmir".

 

 

Niyaz Hacıyev

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər