00:00:00
Yazar
Admin User
25.09.2023 19:54 270 2 dəq oxuma
Sosial

Evlərinə geri dönən erməni sakinlərin təhlükəsizliyi təmin edilir

Evlərinə geri dönən erməni sakinlərin təhlükəsizliyi təmin edilir

Evlərinə geri dönən erməni sakinlərin təhlükəsizliyi təmin edilir. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov Şuşaya ezam olunmuş xarici atteşelərlə söhbəti zamanı bildirdi ki, ordumuz sözügedən tədbirləri Rusiya sülhməramlı kontingenti ilə koordinasiyalı şəkildə reallaşdırır: “Bizim ordumuz sülhməramlılarla sıx şəkildə əlaqə saxlayaraq, mülki şəxslərin, orada yaşayan etnik ermənilərin və yenidən öz evlərinə geri dönənlərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün tədbirləri həyata keçirir. Biz Kəlbəcər, Fizuli və Ağdam şəhərlərində müvəqqəti çadır düşərgələri qurmuşuq. Bu düşərgələrin hər birində biz 1000-ə yaxın insanı yemək, su, elektrik enerjisi və istiliklə təmin edirik”.

 

Ordumuz həmçinin Qarabağdakı qanunsuz erməni silahlılarının tərksilah edilməsi prosesini də həyata keçirir. Mətbuat xidmətinin rəisi əlavə edib ki, 19 sentyabrda səhər saatlarında bizim 4 polis əməkdaşımız Əhmədbəyli-Fizuli-Şuşa yolunda mina partlaması nəticəsində həyatını itirib: “Bunun ardınca həmin gün günorta Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə çalışan 2 nəfər qanunsuz erməni qüvvələri tərəfindən qətlə yetirilib. Həmin gün Azərbaycan Silahlı Qüvvələri lokal antiterror tədbirləri həyata keçirməyə başladı, hansı ki 24 saatdan da az müddət ərzində davam etdi. Bunun nəticəsi olaraq bizim şərtlərimizin yerinə yetirilməsi barədə separatçılar öhdəlik götürdü və Qarabağda qalan erməni silahlılarının tərksilah prosesi başlandı”.  

 

O da bildirildi ki, artıq Qarabağda yaşayan erməni əsilli sakinlərdən Azərbaycan vətəndaşlığı almaq üçün müraciətlər daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev qeyd edib ki, Daxili İşlər Nazirliyinə və Müdafiə Nazirliyinə müraciət edərək ərazidən çıxarılan erməni əsilli vətəndaşlarımız müvafiq düşərgələrə yerləşdirilir, onların qida və tibbi təminatı qaydasında saxlanılır. Əlavə edib ki, ərazidə olan erməni əsilli vətəndaşlarımızın qorunması Azərbaycan dövlətinin diqqət mərkəzindədir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər