00:00:00
Yazar
Admin User
24.07.2023 10:21 255 2 dəq oxuma
Sosial

“Ey İnsanlar, hər şey bəzən olduğu kimi görünməz!” Südabə Məmmədova yazır

“Ey İnsanlar, hər şey bəzən olduğu kimi görünməz!” Südabə Məmmədova yazır

İmtahandan çıxan kimi evə gəlib bir az dincəlidikdən sonra hazırlaşıb çıxdım. Yolüstü mağazadan yemək alıb yoluma davam etdim. Böyük binanın yanına çatdım, arxa tərəfə keçərək tək, sakit bir yer axtarmağa başladım. Dörd tərəfi yaşıllıq, hasar ilə örtülmüş yer tapdım. Bu yerin tən ortasında tut ağacı, ətrafında pilləkənli oturacaqlar var idi. Yan tərəfdəki ağacların kənarına çəkilərək, həzin musiqi sədaları altında süfrə qurdum, yazı işlərimi də həll etməli idim. Əvvəlcə bir az yemək yeyərək quşların təbiətlə lərzəyə gələn səsini dinlədim.

 

Bir az keçdi, 35 yaşlı qadınla 3 yaşlı oğlan uşağı yaxınlaşana qədər mən öz aləmimdə idim... Qadını dilənçi hesab etdim. Bir an uzaqdan mənə səsləndi, arada məsafə çox olduğu üçün ayaqabımı geyib yanlarına getmək istəyəndə özü gəldi. Mən süfrənin bir tərəfində oturmuşdum, o da çəmənliyin digər tərəfində. Bir az söhbət etməyə başladı. Diqqətlə onu dinləyirdim. Bir oğlu var, yoldaşı isə yataq xəstəsi. Digərləri kimi əl açıb dilənməkdənsə, günəbaxan tumu sataraq uşağının dərman pulunu qarşılayır. Danışdıqca gözlərim dolurdu, o acıları, aclığı, çətinliyi sanki mən yaşayırdım.


Bir gün hər şeyin bitəcəyindən çox qorxurdu, hətta bəzən bu yolla çörək qazandığı üçün övladının onu tərk edəcəyini belə düşünürdü. Qəhrəman ana olduğunu dərk etmirdi sanki... Digərləri kimi ailəni atmadan, uşağını atmadan hər əzaba dözərək uşağının gələcəyi uğrunda çalışan fədakar qadın...


Ona qulaq asdıqca, uşağın psixoloji vəziyyətini düşünürdüm həm də. Və bir müddət əvvəl onların haqqında düşündüyümə görə utanırdım... Həqiqətən də hər şey olduğu kimi görünmür...

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər