00:00:00
Yazar
Admin User
21.11.2023 16:14 547 1 dəq oxuma
Sosial

Eynək, linza, yoxsa əməliyyat?

Eynək, linza, yoxsa əməliyyat?

"Linza və ya optik eynəklərin seçimi arasında fərq həkimin və xəstənin vəziyyətindən asılıdır".

 

Bu sözləri informator.az-a açıqlamasında Tibb üzrə fəlsəfə doktoru, dosent Qurban İsmayılov söyləyib.

 

"Göz alması gözə düşən paralel şüaları yalnız sındırmaq qabiliyyətinə malikdir. Həmən paralel şüalar sınaraq, xəyali tor qişanın üzərinə alınır. Belə gözlər emetropik gözlər adlanır. Yəni bunlar uzağa və yaxına akkomadasiyası, görməsi sonsuzluğa, vahidə, yüz faizə bərabər olur. Digər gözlər var ki, o gözlərin yaxına və uzağa akkomadasiyası pozulur, yəni gözə düşən paralel şüalar sınaraq xəyali tor qişanın ya önündə alınır ya arxasında alınır".

 

Qurban İsmayılov qeyd edir ki, 18 yaşına qədər bütün gözlərin müalicəsində eynəkdən ve ya optik linzadan istifadə olunur.

 

"Gözə düşən paralel şüalar əgər sınıb xəyali tor qişanın önündə alınırsa, belə gözlər miyopik gözlərdir, yəni yaxını görən gözlərdir. Paralel şüalar sınaraq əksi tor qişanın arxasında alınırsa, bunlara da hipermetropik gözlər deyilir”.

 

Müsahibin sözlərinə görə, 18 yaşına qədər bütün gözlərin müalicəsində ya eynək korreksiyası, ya da optik linza korreksiyasından istifadə oluna bilər.

 

“18 yaşından sonra əgər xəstənin gözünün vəziyyəti, buynuz qişanın qalınlığı imkan verirsə referaktiv cərrahi əməliyyatlardan istifadə olunması məqsədə uyğun sayılır. Linza ilə optik eynəklərin seçimi arasında fərq həkimin və xəstənin vəziyyətindən asılıdır".

 

Aydan İsayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər