F-16 təyyarəsinin qəza araşdırması davam edir
Milli Savunma Bakanlığı”nın keçirdiyi həftəlik mətbuat brifinqində Balıkesirdə qəzaya uğrayan F-16 təyyarəsi, terrorla mübarizə əməliyyatları, sərhəd təhlükəsizliyi və NATO çərçivəsində icra olunan genişmiqyaslı təlimlər barədə mühüm məlumatlar paylaşılıb.
MSB bildirib ki, dünən Balıkesirdə qəzaya uğrayan F-16 təyyarəsi qəza-kırım qrupu araşdırır. Hadisə nəticəsində şəhid olan pilot, mayor İbrahim Bolatın şəhadəti ilə bağlı dərin kədər ifadə olunub.
Nazirliyin təşkil etdiyi həftəlik mətbuat brifinqində, “Türk Silahlı Kuvvetlerinin” həyata keçirdiyi fəaliyyətlər və gündəmdəki inkişaflarla bağlı məlumatlar təqdim edilib.
TRT Haber
Səadət Əlizadə
