00:00:00
Yazar
Admin User
05.01.2026 17:03 63 1 dəq oxuma
Dünya

“F-35-lərə qayıdış NATO-nun təhlükəsizliyini gücləndirər”

“F-35-lərə qayıdış NATO-nun təhlükəsizliyini gücləndirər”

Prezident Rəcəb Tayyib Erdoğan bildirib ki, Türkiyənin F-35 döyüş təyyarələri proqramına yenidən qoşulması həm ABŞ ilə əlaqələri möhkəmləndirər, həm də NATO-nun müdafiə imkanlarını gücləndirər. Ərdoğan vurğulayıb ki, sentyabr ayında Bəyaz Sarayda Donald Tramp ilə görüş zamanı bu məsələni birbaşa müzakirə etdiyini deyib. 

 

Ermənistanın Rusiya istehsalı hərbi avadanlıq alması səbəbindən F-35 proqramından çıxarıldığını “ədalətsiz” adlandırıb. Ərdoğan əlavə edib ki, Trampın yenidən hakimiyyətə qayıtması Türkiyə–ABŞ münasibətlərini daha məntiqli və konstruktiv səviyyəyə gətirmək üçün bəhanə yaratıb. Onun sözlərinə görə, Türkiyənin artıq ödədiyi F-35 təyyarələrini alması və proqramda yenidən iştirak etməsi hər iki tərəf üçün vacib və zəruridir. 

Bloomberg keçən ay yazıb ki, Türkiyə Rusiyadan aldığı S-400 hava müdafiə sistemlərini geri qaytarmağı düşünə bilər. Ərdoğan bu məsələni Türkmənistanda Rusiyanın Prezidenti Vladimir Putinlə görüşdə də müzakirə edib.  

ABŞ-nin Türkiyədəki səfiri və Trampın yaxın müttəfiqi Tom Barrack keçən ilin sonunda söyləyib ki, Ankara S-400-lərdən vaz keçməyə yaxınlaşıb və problemin 4-6 ay ərzində həll olunacağı gözlənilir.  

Türkiyə həmçinin ABŞ-dən F-16 Block 70 döyüş təyyarələri almaq niyyətindədir, lakin bu məsələdə qiymət və şərtlər üzərində danışıqlar davam edir.

 

Euro news

Zəri Bayramlı 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər