00:00:00
Yazar
Admin User
05.01.2026 08:43 74 1 dəq oxuma
Dünya

F-35 proqramına yenidən qoşulmalıyıq

F-35 proqramına yenidən qoşulmalıyıq

Türkiyə F-35 proqramına yenidən qoşulmalıdır.

 

“İnformator.az” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Bloomberg”ə yazılı müsahibəsində danışıb.

 

O, Türkiyənin Rusiyadan hərbi texnika almasına görə F-35 proqramından çıxarılması qərarını “ədalətsiz” adlandırıb.

 

“ABŞ Prezidenti Donald Trampın yenidən vəzifəyə başlaması ilə Türkiyə–ABŞ münasibətlərində daha müsbət bir müstəviyə keçid üçün imkan yaranıb. Türkiyənin ödənişini etdiyi F-35 təyyarələrini təhvil alması və proqrama yenidən daxil edilməsi iki strateji tərəfdaş olan Türkiyə və ABŞ üçün, eləcə də NATO-nun təhlükəsizliyi baxımından vacib və zəruridir”. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər