Fələstinlilər və ABŞ jurnalisti İordan çayının qərb sahilində yaralanıblar
Fələstinlilər və ABŞ jurnalisti İordan çayının qərb sahilində zeytun yığımı zamanı israil məskunlaşanların hücumunda yaralanıblar
İşğal altında olan İordan çayının qərb sahilində, Əbu Falah kəndi yaxınlığında fələstinlilərin illik zeytun yığımı zamanı maskalı israil məskunlaşanları hücum edib.
Hücum nəticəsində 12 fələstinli (o cümlədən 4 dual ABŞ-Fələstin vətəndaşı) və 1 xarici jurnalist yaralanıb.Məskunlaşanlar avtomobilləri və zeytun ağaclarını yandırıb, fermerləri dəyənəklər, daşlar və uclarında mismar olan ağaclarla döyüblər."Washington Post" qəzetinin amerikalı fotojurnalisti Heydi Levin (Heidi Levine) təpiklərlə döyüldüyünü və hücumun 10 dəqiqəyə yaxın davam etdiyini bildirib.ABŞ Dövlət Departamenti və "Washington Post" rəhbərliyi hücumu kəskin pisləyib, hadisənin hərtərəfli araşdırılmasını və təqsirkarların cəzalandırılmasını tələb edib.İsrail Müdafiə Qüvvələri insidenti və jurnalistin yaralandığını təsdiqləyib, halların araşdırılacağını bildirib.Məskunlaşanlarla fələstinlilər arasında qarşıdurma yarandıqda canlı sursatdan atəş açılıb (atəşi kimin açdığı dəqiq deyil) və İsrail qüvvələri fələstinlilərin olduğu sahayə gözyaşardıcı qaz ataraq fermerləri geri çəkilməyə məcbur edib.Son 2 həftədəki hücumların sayı keçən ilki bütün mövsümdəki hücumlardan çox olub. Bu il zeytun yığımı zamanı 1 fələstinli həlak olub, 120-dən çoxu yaralanıb.Hücumlardan qorunmaq üçün bir neçə kəndin əhalisi birlikdə zeytun yığmağa çalışır və məhsulu günəş çıxan kimi çox sürətlə toplayırlar.
Səkinə Musayeva
Mənbə: BBC