Fənərbağçanın sabiq futbolçusundan “Qalatasaray”ın transferinə tərif
Bir dönəm “Fənərbağça”nın formasını geyinmiş Aleksandr Djiku “Qalatasaray”a transfer olunan Aleksey Batrakov barədə danışıb.
Djiku rusiyalı futbolçu haqqında müsbət fikirlər səsləndirib:
“Normalda başqa futbolçuları dəyərləndirməyi çox sevmirəm. Amma Aleksey Batrakov həqiqətən bir çox yaxşı xüsusiyyətlərə malik, mükəmməl futbolçudur. O, Türkiyədə oynamağa və “Qalatasaray”da uğur qazanmağa layiqdir”.
Qeyd edək ki, 32 yaşlı müdafiəçi ötən il 2,5 milyon avro qarşılığında Rusiyanın “Spartak Moskva” klubuna transfer olunub. Djiku həmin ölkə çempionatında Batrakovla eyni liqada mübarizə aparıb.
“Qalatasaray” isə Batrakovu “Lokomotiv Moskva”dan 25 milyon avro qarşılığında transfer edib.
Haber Global
Güllər Gülhüseynova