00:00:00
Yazar
Lalə Qafarova
28.09.2026 22:28 59 1 dəq oxuma
İdman

“Fənərbaxça” transfer qadağasından xilas olur

“Fənərbaxça” transfer qadağasından xilas olur

 

 

“Fənərbaxça”ya tətbiq olunan transfer qadağasının götürülməsi istiqamətində tələb olunan ödəniş həyata keçirilib.

 

İstanbul klubu Yussef En-Nesirinin transferi ilə bağlı İspaniyanın “Sevilya” klubuna olan borcun sonuncu hissəsini ödəyib.

Türkiyəli jurnalist Yağız Sabuncuoğlunun yaydığı məlumata əsasən, bu ödənişlə “Fənərbaxça” mərakeşli futbolçunun transferinə görə tətbiq edilən və 3 transfer dövrünü əhatə edən qadağanın aradan qaldırılması üçün maliyyə öhdəliyini tamamlayıb.

Bildirilib ki, ödənişi təsdiqləyən sənədlər FİFA-ya təqdim olunub. Lazımi prosedurlar yekunlaşdıqdan sonra İstanbul təmsilçisinin transfer qadağasının rəsmi şəkildə ləğv ediləcəyi gözlənilir.

 

Haber.com
Həlimə Əliyeva

#xilas #azərbaycan #xəbər #transfer
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər