00:00:00
Yazar
Admin User
26.10.2023 15:57 352 2 dəq oxuma
Sosial

Füzuli Beynəlxalq Hava Limanı gələcəkdə regionun inkişafında müstəsna rol oynayacaq

Füzuli Beynəlxalq Hava Limanı gələcəkdə regionun inkişafında müstəsna rol oynayacaq

“Füzuli Hava Limanının Beynəlxalq status daşıması birbaşa ondan xəbər verir ki, gələcəkdə regionun inkişafında müstəsna rol oynayacaq".

 

Bu sözləri İnformator.az-a açıqlamasında Hərbi ekspert Azər Bayramov söyləyib. Ekspert deyir ki, Füzuli Beynəlxalq Hava Limanının strateji əhəmiyyəti yüksəkdir.

 

“İqtisadi layihələrlə yanaşı, eyni zamanda hərbi və müdafiə fəaliyyətində də effektiv rol oynayır. Füzuli Hava Limanı bizə sərhəd olan ölkələrin yaxınlığında yerləşdiyi üçün Azərbaycana üstünlük yaradır”.

 

Azər Bayramov düşünür ki, təxribat olarsa, bu barədə Füzuli Hava Limanı effektiv rol oynayacaq.

 

"Təxribat yaranarsa, hava limanı o bölgəyə Pilotsuz Uçuş Aparatlarının (PUA) və Qırıcı təyyarələrim tez çatdırılması üçün effektivdir. Bununla paralel olaraq istənilən beynəlxalq hava limanı məhz hava hücumlarından müdafiə sistemlərinin də aktiv və effektiv şəkildə fəaliyyət göstərməsi üçün üstünlüklər yaradır”.

 

Ekspert qeyd edir ki, istər müharibə, istərsə də sülh dövründə təyin olunan məntəqələrə hərbi qulluqçular, şəxsi heyətin, eyni zamanda isə hərbi təyinatlı malların çatdırılması nə qədər çevik olarsa, bir o qədər effektiv olar.

 

“Bu aspektdən baxdığımız zaman Füzuli hava limanının həmin ərazidə yerləşməsi bir da ordumuza üstünlükler yaradır. Nəzərə almalıyıq ki, Azərbaycan suverenliyini bərpa etdikdən sonra işğaldan azad edilən ərazilərdə yetərincə bizim hərbi qüvvələrimiz var və zəruri hallarda hərbi təyinatlı yüklərin ora çatdırılmasında ciddi şəkildə əhəmiyyətli rol oynayır. Bu da ondan xəbər verir ki, Azərbaycan ordusuna və digər silahlı birləşmələrinə ciddi şəkildə dəstəyin verilməsi ordumuzun gücünə güc qatır. Hava limanının Beynəlxalq status daşıması da birbaşa ondan xəbər verir ki, gələcəkdə regionun inkişafında müstəsna rol oynayacaq”.

 

Aydan İsayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər