00:00:00
Yazar
Admin User
23.08.2023 06:24 272 1 dəq oxuma
Sosial

Füzuli sakinlərinin doğma yurda qayıdışı davam edir

Füzuli sakinlərinin doğma yurda qayıdışı davam edir

Daha bir neçə ailə Füzuli şəhərinə yola salınıb. 89 nəfərdən ibarət 23 ailə mənzil başına çatıb.

Dünən səhər saatlarında Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan köç karvanı Füzuliyə çatıb. Sakinləri qarşılayan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri evlərin açarlarını təqdim ediblər. Köçürülən ailələr Füzulidə yeni tikilən evlərdə məskunlaşacaqlar. Bununla da şəhərdə 70 ailənin, yəni 247 nəfərin daimi məskunlaşması təmin edilib.

 

Füzuli sakini Svet Məhərrəmova təəsüratlarını bizimlə bölüşüb: “Evləri dağılmış görüb üzüldüm, bir də olmasın, həmişə yaxşı olsun yerimiz, yurdumuz abadlıq olsun. İlham Əliyevə də, Mehriban Əliyevaya da minnətdaram. Vətənimizi aldı bizə verdi, qaytardı bizə doğma yurdumuzu”.

 

Füzuli sakini Dərgah Xudiyev deyir ki, vətəninə döndüyü bu gün onun ən şad günüdür: “30 ildə çəkdiyimiz o həsrət bu gün bitir”.

 

Qeyd edək ki, Füzuli şəhərinə ilk köç avqustun 18-dən başlayıb. birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. Prosesdə 144 ailə və ya 509 nəfər iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər