“Facebook”da “Like” düyməsinə alternativlər gəlir
“Facebook” sosial şəbəkəsində istifadəçilərin reaksiyalarını daha yaxşı ifadə edə bilməsi üçün animasiyalı üz ifadələrindən istifadə etmək olacaq.
İnformator-un məlumatına görə, texnologiya xəbərləri veən “Appy Geek”in xəbərinə görə, “duyğular” adı verilən xüsusiyyətlə bərabər istifadəçilər sosial şəbəkə platformasındakı xəbərlərlə bağlı nələr hiss etdiklərini ifadə edə biləcəklər. Bu ifadələr arasında təəccüblənmiş, gülümsəyən və qəmgin üzlər var.
“Facebook”un uzun müddətdir sınaqdan keçirdiyi xüsusiyyəti qısa zaman sonra ABŞ-dakı üzvlərin istifadəsinə verməsi gözlənilir. “Bloomberq”in şirkət rəsmilərinə istinadən verdiyi xəbərə görə, yeni tətbiq bir neçə həftə sonra istifadəyə veriləcək.
Şirkət “Bəyənmə” düyməsinin əvəzinə “reaksiyalar”la istifadəçilərin reaksiyalarını daha yaxşı ifadə edə biləcəyinə inanır.
