Facebook itkin düşən uşaqları axtaracaq
“Facebook” şirkəti itkin düşən uşaqların axtarışı ilə bağlı bölmə yaradıb. Şirkət axtarışda olan uşağın itkin düşdüyü ərazilərdə yaşayan və ya istifadəçilərin hesablarında həmin uşaqlar haqqında bildirişlər göstərəcək. Analitiqlər bildirirlər ki, “Facebook”da yüz milyonlarla istifadəçinin qeydiyyatdan keçməsini nəzərə alsaq, itkin düşmə haqqında bildirişin göstərilməsi faydalı ola bilər. Facebook rəhbərliyi məlumat yayıb ki, bu layihə əvvəlcə yalnız ABŞ sakinləri üçün nümayiş olunacaq. Lakin gələcəkdə proqramın digər regionları da əhatə edəcəyi gözlənilir. Hazırda isə sosial şəbəkə itkin düşən uşaqlar haqqında bildirişlərin göndərilməsi prosesini avtomatlaşdırıb və bu addımın səmərəliyini artıq yaxın vaxtlarda qiymətləndirmək mümkün olacaq.
