00:00:00
Yazar
Səmayə Səftərova
24.10.2026 21:42 25 1 dəq oxuma
İdman

Famil Xəlilov: "Prezidentin komandanı təbrik etməsi futbolçulara əlavə motivasiya verəcək"

Famil Xəlilov: "Prezidentin komandanı təbrik etməsi futbolçulara əlavə motivasiya verəcək"

Prezident İlham Əliyevin Azərbaycan komandasını təbrik etməsi futbolçulara əlavə motivasiya verib.

 

"İnformator.az" ın məlumatına görə, bu barədə U-15 dünya çempionatı və festivalındakı ilk oyunda Timor-Leste yığmasını məğlub edən Azərbaycan komandasının baş məşqçisi Famil Xəlilov jurnalistlərə açıqlamasında bildirib.

 

Mütəxəssis 6:0 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra ölkə başçısının onları təbrik etdiyini söyləyib: "Ölkə Prezidentinin komandanı qəbul etməsi və təbrik etməsi futbolçulara əlavə motivasiya verəcək".

 

F. Xəlilov böyükhesablı qələbə qazandıqları üçün sevindiklərini deyib: "İlk hissədə bir az çətinlik yaşadıq. Sonra toparlanaraq layiq olduğumuz qalibiyyət əldə etdik. Qarşıda daha güclü komandalarla oyunlar var".

 

Xatırladaq ki, U-15 dünya çempionatı oktyabrın 30-da başa çatacaq. Azərbaycan komandası oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq. Milli komanda oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.

#İlham Əliyev #U-15 dünya çempionatı #Famil Xəlilov
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər