Fasda sel və daşqınlar səbəbindən 108 mindən çox insan təxliyə edilib
Fasda ölkənin müxtəlif bölgələrinə təsir göstərən güclü yağışlar nəticəsində yaranan sel və daşqınlardan sonra dörd bölgədən 108 mindən çox şəxsin təxliyə edildiyi bildirilib.
Fas Daxili İşlər Nazirliyinin yazılı açıqlamasında ölkənin müxtəlif bölgələrinə təsir edən güclü yağışlar nəticəsində sel və daşqınların baş verdiyi bildirilib.
Açıqlamada vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə risk səviyyələri və gözlənilən zərərin həcmi nəzərə alınaraq bir sıra yaşayış yerlərinin sakinlərinin mərhələli şəkildə təxliyə edilməsinə qərar verildiyi qeyd olunub.
Nazirliyin açıqlamasına görə, şimaldakı Larəş bölgəsindən Əl-Ksar Əl Kəbir şəhərindən 81 709, Sidi Qasım bölgəsindən 9 728, Sidi Süleyman bölgəsindən 2 853 və qərbdəki Kuneytra bölgəsindən 14 133 nəfər olmaqla cəmi 108 423 nəfər təxliyə edilərək başqa yerlərə köçürülüb.
Rəsmi şəxslərin bölgədəki vadilərdə su səviyyələrinin yüksəlmə riski altında olan ərazilərdə vətəndaşları təxliyə etmək məqsədilə Tatvan, Əl-Kasr Əl-Kəbir və Sidi Kasımda intensiv sahə işlərini davam etdirdiyi bildirilib.
TRT XƏBƏR
Lalə Qurbanlı
