Fatih Karagümrük oyunu üçün hazırlıqlar başlayıb
Beşiktaşımız Trendyol Süper Liqanın 14-cü turunda səfərdə Fatih Karagümrükə qarşı keçirəcəyi oyunun hazırlıqlarına bu səhər BJK Nevzat Demir Təlim-Məşq Bazasındakı qapalı məşqlə start verib.
Baş məşqçi Sergen Yalçının rəhbərliyi ilə keçirilən təxminən 1 saat 15 dəqiqəlik məşq fiziki və taktiki çalışmalarla yadda qalıb. Dünənki matçda oynayan futbolçular gününü salon məşqində regenerasiya ilə tamamlayıb. Digər futbolçular isə isinmə qaçışı və ötürmə çalışması ilə başladığı məşqi dar sahədə ikitərəfli oyunlarla yekunlaşdırıblar.
Beşiktaş TV
Nazim Xeyrxəbərli
