"Fenerbahçe" seçkilərə gedir
"İnformator.az" "TRT Haber"ə istinadən xəbər verir ki, Fenerbahçe 6-7 iyun tarixlərində seçki keçirmək qərarı alıb.
Klubun prezidenti Sadettin Saran açıqlamasında bildirib:
“Fenerbahçəyə xidmət etmək bəzən qalmağı yox, lazım gəldikdə kənara çəkilməyi də bacarmağı tələb edir. Çünki bu emblem heç birimizin ambisiyalarını daşıyacaq yer deyil; hamımızın məsuliyyətini daşıyan bir əmanətdir.”