“Fenerbahçe”-“Trabzonspor” oyununda beş qol vurulub
Türkiyə Superliqasında XXII turun daha 3 oyunu keçirilib.
"İnformator.az" xəbər verir ki, turun mərkəzi matçında "Fenerbahçe" səfərdə "Trabzonspor"la qarşılaşıb. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra xallarını 52-yə çatdıran "Fenerbaheçe" 2-ci pillədə qərarlaşıb. "Trabzonspor" isə 45 xalla 3-cüdür.
