00:00:00
Yazar
Hüseynova Mələk
30.09.2026 20:57 19 2 dəq oxuma
Sosial

Fermerlərin nəzərinə:Yeni güzəştlərlə bağlı qərar imzalanıb

Fermerlərin nəzərinə:Yeni güzəştlərlə bağlı qərar imzalanıb

Kombayn xederlərinin daşınması üçün nəzərdə tutulmuş xüsusi qoşqulara güzəşt tətbiq ediləcək.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Kənd Təsərrüfatı  Mətbuat Xidməti bildirib ki , güzəştlər fermer xərclərini əhəmiyyətli dərəcədə azaldır:

 

“Güzəşt tətbiq olunan texnika və avadanlıqların siyahısına yığım üzrə mexanikləşdirilmiş texnika dəstləri, kombayn xederlərinin daşınması üçün nəzərdə tutulmuş xüsusi qoşqular, kənd təsərrüfatı təyinatlı quşların kəsimi və ilkin emalı xətti (tərəzi və qablaşdırma mərhələsinədək), həcmi 500 kubmetrdən artıq olmayan kəsmə gül üçün soyuducu anbar dəstləridəstləri əlavə olunub.Kombaynlar real vaxt rejimində məkan məlumatlarının izlənilməsi üçün GPS monitorinq və məhsul yığımının izlənilməsi sistemləri ilə təchiz olunmalıdır. Siyahının genişlənməsi təsərrüfatların intensiv üsullara keçidini sürətləndirir. Əl əməyindən mexanikləşdirilmiş yığıma və avtomatlaşdırılmış emal xətlərinə keçid təmin olunur.”

 

Mətbuat Xidmətindən aldığımız məlumatlara görə , texnika, suvarma və yaşıl enerjiyə də güzəştlər artırılıb. 

 

“Kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqların alınmasına tətbiq olunan güzəşt mexanizmlərinə də dəyişiklik edilib. Taxıl, pambıqyığan kombaynlar, lazer hamarlayıcılar, soyuducu anbarlar, taxıl siloları, suvarma hovuzları üçün membranlar və aqrar istehsalda istifadə edilən günəş panelləri üzrə güzəşt tətbiq edilən hissə 50 faizədək artırılır. Yerli istehsal damcı suvarma sistemlərində güzəşt tətbiq edilən hissə 60 faiz, xarici istehsal sistemlərdə isə 50 faiz olacaq. Kiçik şərabçılıq müəssisələrinin yaradılması üçün avadanlıqlar üzrə güzəşt 60 faiz, istixanalarda istifadə olunan yerli istehsal metal konstruksiya və şüşələr üzrə güzəşt 20 faiz həddində müəyyən 

edilib”.

 

Fermerlər güzəştli siyahıya daxil olan digər texnika, avadanlıq və ya aqreqatları alarkən məbləğ aşağıdakı kimi bölünür: Fermer texnikanın  dəyərinin ən azı 20%-ni özü ilkin ödəniş edir, 40% dövlət güzəşti, yəni texnikanın dəyərinin 40%-i birbaşa dövlət tərəfindən qarşılanır (fermerə təmənnasız güzəşt kimi verilir), yerdə qalan 40% isə müfəkkil təşkilatlar vasitəsilə 5 il müddətinə kredit formasında maliyyələşdirilir. Bu müddət ərzində kredit faizləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) fermerin əvəzinə ödənilir. Alıcı yalnız əsas məbləği ödəyir. 

 

Soltanova Selcan

#Fermer #qərar #imzalanıb
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər