00:00:00
Yazar
Admin User
08.09.2025 14:21 126 1 dəq oxuma
İdman

Fernandu Santuşla yollar ayrılıb

Fernandu Santuşla yollar ayrılıb

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş postunu tərk edib. Bunu yığmanın dünya çempionatı 2026-nın seçmə mərhələsi çərçivəsində Ukraynaya qarşı matçdan öncə keçirilən mətbuat konfransında AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyib.

 

Mövzu ilə jurnalist, teleaparıcı Orxan Sübhan "İnformator.az"a açıqlamasında bildirib ki, Santuşun getdiyinə sevinib:

 

“Əslində, çoxdan yola salınmalı idi. Ancaq necə deyərlər, ziyanın yarısından qayıtmaq da xeyirdir. Çoxları Santuş Portuqaliya millisi ilə Avropa çempionu olduğu üçün, bizim millini də “dünya çempionu” edəcəyini sanırdı. Ancaq Santuş Portuqaliya millisinin baş məşqçisi olanda portuqaliyalılara heç baş məşqçi də lazım deyildi. Sözümün canı odur ki, Santuşun bura gəlməyinin özü səhv idi. İndiyədək Azərbaycan millisi bir çox əcnəbi mütəxəssislərə tapşırılıb, amma Prosineçkidən başqa uğurlusu olmayıb. Bizə özümüzünkü lazımdır. Yerli mütəxəssis. Keçmişə nəzər salın. Vaxt var idi milli komandamızın uduzduğu oyunlarda da futbolçularımız xarakter nümayiş etdirirdilər, döyüşürdülər. Həmin döyüşkənlikdən, əzmkarlıqdan əsər-əlamət qalmayıb. Qarşıdakı oyuna millini Ayxan Abbasov çıxaracaq. Ayxan müəllimdən elə ilk oyundaca qələbə gözləmək sadəlövhlük olar. Ancaq ən azından komandamızdan Ayxan hocanın rəhbərliyi altında əzmkarlıq gözləyirəm. AFFA rəhbərliyinin gələcəkdə millini hansı mütəxəssisə tapşıracağını da bilmirəm. Ancaq yenə də sözümün üstündə dururam. Bizə özümüzünkü lazımdır”.

 

Nazim Xeyrxəbərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər