00:00:00
Yazar
Admin User
03.03.2016 07:49 352 1 dəq oxuma
Sosial

Fevral ayında Təhsil Nazirliyinə 17101 müraciət daxil olub

2016-cı ilin fevral ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Fevral ayında Təhsil Nazirliyinə 17101 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin fevral ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. 

Təhsil Nazirliyindən İnformator.az-a verilən məlumata görə, qeyd olunan müddət ərzində 17101 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 12788 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 dəfə çox, 2014-cü il ilə müqayisədə 3,3 dəfə çox, 2015-ci il ilə müqayisədə isə 2,3 dəfə çox) daxil olub.

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 4313 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1353 sənədlər (661 məktub, 527 ərizə, 165 digər sənədlər) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdən daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu və yerdəyişməsi, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunması ilə bağlı məsələlər əksini tapıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər