FİFA 2025 üçün “The Best” namizədlərini açıqlayıb
FİFA 2025-ci ilin “The Best” – ən yaxşı futbolçu və baş məşqçisi mükafatları üçün namizədləri elan edib.
Ən yaxşı futbolçu adına 11 oyunçu, o cümlədən Mbappe, Salah, Keyn və Yamal iddia edir. Baş məşqçilər arasında Arteta, Enrike, Flik və Slotun adları yer alıb. Qaliblər milli komandaların baş məşqçiləri və kapitanlarının səsverməsi ilə müəyyən olunacaq.
Mövzu haqqında idman mütəxəssisi Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki, Mbappe və Salah arasında seçim olsa,Mbappe-nin favorit olacağı düşünülür:
"Çünki daha yaxşı formadadır, çox yaxşı il keçirir və üstünlük daha çox Mbappe tərəfindədir. Arne Slot "Liverpool"da olan işlərinə görə favoritlərdən biri hesab olunur. "Liverpool"da çox yaxşı komanda formalaşdırıb, "ən yaxşı məşqçi" adını qazana biləcəyi güman edilir. "PSG"dən bir neçə futbolçunun siyahıda olması tək bir səbəbi odur ki, komanda Çempionlar Liqasının son qalibidir. Adətən, çempion komandadan, finalçıdan bir neçə namizəd olur və o baxımından "PSG"dən namizədlərin olması tam məntiqə uyğundur".
Mələk Nəsirli
