00:00:00
Yazar
Nigar Həsənzadə
05.07.2026 22:39 31 1 dəq oxuma
İdman

FİFA ABŞ millisinin futbolçusuna güzəşt edib

FİFA ABŞ millisinin futbolçusuna güzəşt edib

Dünya çempionatının 1/16 final mərhələsinin Bosniya və Herseqovina ilə matçında qırmızı vərəqə alan ABŞ millisinin futbolçusu Folarin Baloqan Belçika yığmasına qarşı 1/8 final matçında meydana çıxa biləcək.

 

"İnformator.az" FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun 1 oyunluq diskvalifikasiyası dayandırılıb. Forvarda 1 illik sınaq müddəti təyin edilib.

 

Baloqan Bosniya və Herseqovinaya 2:0 hesabı ilə qalib gəldikləri görüşdə rəqib futbolçu Tarik Muharemoviçin topuğuna açıq ayaqla zərbə endirdiyi üçün meydandan qovulmuşdu.

 

Qeyd edək ki, ABŞ – Belçika oyunu iyulun 7-də keçiriləcək.

#abş #yeni #edib #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər