FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb
FIFA Afrika Millətlər Kubokunda (AFCON) iştirak edəcək futbolçuların klublarından ayrılması üçün son tarixi uzadıb.
"İnformator.az" xəbər verir ki, əvvəlcə dekabrın 8-dək müəyyən edilmiş tarix 15-dək artırılıb.
Buna oxşar qərar 2022-ci ildə klub mövsümü davam edərkən qışda keçirilən Qətərdəki dünya çempionatı öncəsi qəbul edilib. İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Arne Slot daha əvvəl Misir millisinin kapitanı Məhəmməd Salahın yığmaya dekabrın 15-də qoşulacağını bildirmişdi. Son tarixlə bağlı dəyişiklik ulduz hücumçuya dekabrın 9-da Çempionlar Liqasında "İnter"ə (İtaliya), 13-də isə Premyer Liqada "Brayton"a qarşı matçlarda iştirak etməyə imkan verir. Qeyd edək ki, Afrika Millətlər Kuboku 2026-cı il dekabrın 21-dən 2027-ci il yanvarın 18-dək keçiriləcək.
