FİFA-dan Ukrayna klubuna transfer qadağası
"Qərarda qeyri-adi heç nə yoxdur. Maliyyə öhdəliklərinin yetinə yetirilməməsi, maliyyə feyr-pley qaydalarına əməl olunmaması kimi səbəblərdən klublar belə cəzalara məruz qalırlar. Bu da onlardan biridir.
Üç transfer pəncərəsi ilyarımlıq dövrü əhatə edir. Təbii ki, heyəti gücləndirmək mənasında çətinliklər olacaq".
Bu sözləri idman jurnalisti şərhçi, Rövşən Binnətli "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, belə arzuolumaz duruma düşməmək üçün qaydalara dürüst riayət olunmalı, səlahiyyətli qurumlara əsas verilməməlidir:
"Ümumiyyətlə, son illərdə FIFA-nın maliyyə intizamı ilə bağlı bu cür sərt addımlarını necə dəyərləndirdiyimə qalsa, deməzdim ki, ciddi tədbirlərin görülməsi son illərə aid olan məsələdir. FİFA bu hallara həmişə ciddi yanaşıb. Sadəcə, başqa sferalarda olduğu kimi, son illər futbolda da fəaliyyət platformasında maliyyə pozuntuları artıb".
Zəhra Möhübbətova
