00:00:00
Yazar
Səadət Əlizadə
23.10.2026 15:15 21 1 dəq oxuma
İdman

FIFA Qitələrarası Kubokunun finalının tarixi açıqlanıb

FIFA Qitələrarası Kubokunun finalının tarixi açıqlanıb

FIFA Qitələrarası Kubokunun 2026-cı il finalının keçiriləcəyi tarix açıqlanıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Fransanın PSJ klubunun rəsmi saytı məlumat yayıb.

 

Həlledici qarşılaşma dekabrın 16-da Qətərin Ər-Rayyan şəhərindəki “Əhməd bin Əli” stadionunda keçiriləcək. 
 

Çempionlar Liqasının qalibi və turnirin son qalibi PSJ finalda “Çellencer Kuboku”nun qalibi ilə üz-üzə gələcək. Həmin mərhələdə Meksikanın “Deportivo Toluka” və Cənubi Afrikanın “Mamelodi Sandaunz” komandaları mübarizə aparacaq. “Deportivo Toluka” KONKAKAF Çempionlar Kubokunun, “Mamelodi Sandaunz” isə Afrika çempionudur.

 

Finalın digər iştirakçısı 2026-cı il Libertadores Kubokunun qalibi olacaq.

 

Qeyd edək ki, PSJ ötən il finalda Braziliyanın “Flamenqo” klubunu penaltilər seriyasında 2:1 hesabı ilə məğlub edərək Qitələrarası Kubokun qalibi olub. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

 

#baki #xəbər #gündəm #kubokunun
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər