"FIFA Series – 2026": Azərbaycan millisi Sent Lüsiya ilə oyunda üçüncü qolu vurub
Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirində Sent Lüsiya ilə oyunda iki qol fərqi ilə öndədir.
"İnformator.az" xəbər verir ki, hazırda hesab 2:0 Azərbaycan yığmasının xeyrinədir.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşmanın 2-ci dəqiqəsində Emin Mahmudov penaltini dəqiq yerinə yetirib. 21-ci dəqiqədə Rəhim Sadıxov adını tabloya yazdırıb.
Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni arenada Syerra-Leone ilə üz-üzə gələcək.