00:00:00
Yazar
Ayşən Səlimova
11.03.2026 20:56 19 1 dəq oxuma
Dünya

Finlandiya Azərbaycanla əməkdaşlığı gücləndirməyə hazırdır

Finlandiya Azərbaycanla əməkdaşlığı gücləndirməyə hazırdır

Aleksandr Stubb martın 10-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. O, İranın Naxçıvana hücumu ilə bağlı Azərbaycana dəstəyini ifadə edib. İlham Əliyev göstərilən dəstəyə görə təşəkkür edib və tərəflər Azərbaycan-Finlandiya əlaqələrinin inkişafı və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

 

 

Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, siyasi mesaj kimi qiymətləndirilir:

 

 

“Alexander Stubbun İlham Əliyevə zəng etməsi Finlandın Azerbaycanın hazırkı siyasətini və mövqeyini dəstəklədiyini göstərir. Bu, Finlandiyanın European Union üzvü kimi Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətində olduğunu göstərir. İki ölkə arasında startap, yaşıl texnologiya və logistika layihələri üzrə əməkdaşlıq inkişaf edir. Xüsusilə, enerji və nəqliyyat dəhlizləri sahəsində tərəfdaşlıq Avropa ilə Azərbaycanın əlaqələrini gücləndirir. Eyni zamanda Avropa ölkələri enerji təhlükəsizliyi baxımından Azərbaycanı etibarlı tərəfdaş hesab edir. Bu zəng həm də İrana Azərbaycanın Avropada dəstəkləyən tərəfdaşlarının olduğunu göstərən siyasi mesaj kimi qiymətləndirilir”.

 

Aydan Əsgərxanlı

#baki #azərbaycan #finlandiya #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər