00:00:00
Yazar
Admin User
04.04.2023 08:12 584 1 dəq oxuma
İdman

"Fiorentina"nın futbolçusundan təqdirəlayiq addım

"Fiorentina"nın futbolçusundan təqdirəlayiq addım

"Fiorentina” klubunun futbolçusu Lukas Ranieri "İnter”i 1:0 hesabı ilə məğlub etdikləri matçın son dəqiqələrində komanda yoldaşı Sofyan Amrabatın özünü zədəli kimi göstərərək iftar açmasına icazə verib.

 

İNFORMATOR.AZ xarici mediaya istinadən xəbər verir ki, İtaliya A Seriyasının 28-ci turunda "İnter" və "Fiorentina" üz-üzə gəlib.

 

Mübarizəni tək qolla qazanan "Fiorentina"da Lukas Ranyerinin oruc tutan komanda yoldaşı üçün etdiyi hərəkət böyük alqışlarla qarşılanıb.

 

Oyunun əlavə vaxtı zamanı Lukas Ranieri komanda yoldaşı Sofyan Amrabatın orucunu açması üçün özünü yerə yıxaraq zədə alıb. Bu vaxt Amrabat oyundan kənara çıxaraq su içərək iftarını açıb.

 

Qeyd edək ki, İngiltərə və Hollandiyada oruc tutan oyunçular üçün iftar vaxtı oyun dayandırılır. Lakin bu təcrübə İtaliya və Fransa kimi digər böyük liqalarda həyata keçirilmir.

 

Mikayıl

 


Mikay

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər