00:00:00
Yazar
Admin User
15.07.2023 13:31 259 2 dəq oxuma
Sosial

Fişinq hücumlar - yeni təhlükə forması

Fişinq hücumlar - yeni təhlükə forması

Son zamanlar istifadəçilərə qarşı elektron poçt, SMS və ya zənglər vasitəsilə həyata keçirilən fişinq hücumlarının sayında intensivləşmə müşahidə edilir.

Xüsusilə bu hücumlar "Telegram" vasitəsilə həyata keçirilir. “Telegram” sosial şəbəkəsində vətəndaşlara saxta keçidlər göndərilir. Həmin keçidə daxil olduqda istifadəçilərdən mobil nömrələrini daxil etmələri tələb olunur.

Daha sonra təsdiqləmə kodu göndərilir ki, bu şifrəni daxil etdikdə şəxsin hesabı və yazışmaları ələ keçirilir. Həmçinin sonradan hesabdan bot kimi istifadə edilir və istifadəçinin kontaktında olan digər şəxslərə həmin mesaj göndərilir.

 

Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Ləman Hüseynzadə deyir ki, vətəndaşlar hər hansı qurum adından bu kimi mesajlar aldıqda, ilk növbədə, əlaqədar qurum vasitəsilə məlumatı dəqiqləşdirməlidirlər. Həmçinin vətəndaşlara şübhəli keçidlər vasitəsilə bank, mobil nömrə və digər fərdi məlumatlarını daxil etməmək, onlara göndərilən təsdiqləmə kodunu qarşı tərəfə təqdim etməmək tövsiyə olunur.

Belə hallarla qarşılaşdıqda 1654 reports@cert.az vasitəsilə elektron təhlükəsizlik xidmətinə məlumat verə bilərlər.
Kibertəhlükə bütün dünyanı narahat edən problemlərdəndir. hər gün təxminən bir milyondan çox insan internet istifadəçisi olur.

İstifadəçilərin sayı artdıqca bu problem daha da böyüyür. Ekspertlər 2030-cu ildə 7,5 milyarddan çox internet istifadəçisinin olacağını gözləyir. Kiber hücum adətən gizli məlumatlara giriş əldə etmək, onları dəyişdirmək, məhv etmək, istifadəçilərdən vəsait oğurlamaq məqsədi daşıyır.Bəzən kiberhücumlar dövlət və hərbi sirlərin yayılmasına qədər böyük nəticələrə səbəb olur.

Bəs görəsən istifadəçilər kiber təhlükəsizliyi öz cihaz və şəbəkələrində necə təmin edə bilər? Sosial media mütəxəssisi Samir Mehdiyevin sözlərinə görə, əgər belə bir mesaj gəlirsə, qəti şəkildə klikləmək olmaz. Hətta bu link etibarlı dostlarımızdan gəlirsə belə. Bu tip mesajlar əssən həvəsləndirici kampaniya formasında olur. Məs, filan şirkətdən 500 manat pul qazandım və ya filan şəxslərə dövlət 500 manat hədiyyə verir və s.
Kiber təhdidlər kompüterlər, şəbəkələr və smartfonlarla yayılır. Bundan isə 100% sığortalanmaq mümkün deyil. Ekspertlərin fikrincə, əsas qızıl qayda etibarlı olmayan linklərə daxil olmamaqdır.

 


AYSEL

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər