00:00:00
Yazar
Admin User
08.04.2024 12:22 415 2 dəq oxuma
Sosial

Fitrə və zəkatın verilməsi necə müəyyən edilməlidir?

Fitrə və zəkatın verilməsi necə müəyyən edilməlidir?

QMİ(Qafqaz Müsəlmanları İdarəsi) bildirib ki, fitrə zəkatını pulla, yəni adam başına 10 manatdan hesablamaq olar. Lakin bu qərar etirazla qarşılanıb. 

 

Dinimizdə fitrə və zəkatın verilməsi necə müəyyən edilir? Minimal məbləğin hesablanması düzgündürmü?

 

Bu barədə ilahiyyatçı Yaşar Qurbanov "informator.az"a açıqlama verib. Onun sözlərinə görə, məbləğ qoymaq düzgün deyil.

 

“Peyğəmbərimiz də buyurub ki, fitrə zəkatı qida məhsulları ilə verilməlidir. Fitrə – bir insanın boynuna 3 kq xurma, kişmiş, düyü, makaron, qarabaşaq, noxud, bulqur və s. bu kimi qida məhsulları ilə təyin olunur. Bilindiyi kimi fitrə zəkat bütün hədislərdə pul olaraq deyil, ərzaq olaraq təyin edilib. Əgər pul şəklində təyin edilsəydi, pulun qiyməti əsrdən-əsrə dəyişdiyi üçün o zamankı miqdar indiki ehtiyacı ödəmək üçün kifayət etməyə bilərdi. Lakin ərzaqla təyin edildiyi zaman pul nə qədər ucuzlaşır ucuzlaşsın yenə də ərzağa yetəcək miqdarda verilməlidir. Fitrə zəkatı yalnız kasıblara verilməlidir. Fitrə zəkatı, özünün və ailəsinin bir sutkalıq yeməyi olan hər bir müsəlmana vacibdir. Bu zəkatı o həm özünün, həm də himayəsində olan hər kəsin əvəzinə verməlidir. Məsələn, arvad, uşaq, müsəlman xidmətçilər, anası, atası və s. bura daxildir. İndi zəkat, əsasən, un ilə verilir. Buğda o zaman verilirdi ki, onu üyüdürdülər, istifadə edirdilər. İnsanlar özləri istəklərinə uyğun almalıdırlar. 3 kq-a istəyən düyü alar, istəyən makaron alar. O zaman hər kəs öz büdcəsinə uyğun məhsul ala bilər”. 

 

 

Gülnisə Əfkari

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər