00:00:00
Yazar
Admin User
30.12.2025 15:22 77 1 dəq oxuma
Dünya

Fələstinin səsi

Fələstinin səsi

Qəzza müqavimətinin ən tanınmış, lakin ən az görünən simalarından biri olan Əbu Ubeydə illərdir işğalçı İsrail qüvvələrinə qarşı aparılan psixoloji və siyasi mübarizənin ən təsirli səslərindən biri kimi tanınırdı. HƏMAS, Əbu Ubeydənin – əsl adı ilə Hüzeyfə Samir Abdullah əl-Kəhlutun şəhid olduğunu açıqlayıb. 

 

HƏMAS-ın yaydığı bəyanatda bildirilir ki, İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə İsrailin hücumları zamanı şəhid olub. Eyni açıqlamada illərdir gizli saxlanılan onun əsl kimliyi də ilk dəfə ictimaiyyətə təqdim edilib. Bu elan Qəssam Briqadaları üçün yalnız mühüm bir itki deyil, eyni zamanda iyirmi ildən artıq davam edən bir dövrün simvolik sonu kimi qiymətləndirilir.

 

Əbu Ubeydə xüsusilə Qəzza müharibəsinin ən qızğın mərhələlərində verdiyi sərt və diqqətçəkən açıqlamalarla geniş tanınıb.Lakin onun fəaliyyəti yalnız son illərlə məhdudlaşmır. O, 2000-ci illərin əvvəllərindən etibarən İzzəddin əl-Qəssam Briadalarının üzvü olub və uzun illər təşkilatın media və kommunikasiya xəttinin formalaşmasında mühüm rol oynayıb. Əbu Ubeydənin daim maskalı şəkildə çıxış etməsi sadəcə kimliyini gizlətmək məqsədi daşımırdı. Bu, zamanla onun mesajını ön plana çıxaran simvolik bir üsluba çevrildi. Beləliklə, Əbu Ubeydə təkcə bir şəxs deyil, müəyyən bir müqavimət düşüncəsinin və ideoloji xəttin təmsilçisi kimi qəbul olunmağa başlayıb.

 

TRT XƏBƏR 

Ləman Mahmudlu 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər