00:00:00
Yazar
Admin User
29.01.2026 12:24 56 1 dəq oxuma
Dünya

"FNC" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

"FNC" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Fevralın 5-də "Bakı Fond Birjası" QSC-də (BFB) "FNC" QSC bank olmayan kredit təşkilatı (BOKT) 4,75 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

 

"İnformator.az" bu barədə Birjaya istinadən xəbər verir.

 

Məlumata görə, hər birinin nominal dəyəri 5 000 manat olan 950 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 60 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər illik ödəniləcək. Prosesin anderrayteri "CPM-İnvest İnvestisiya Şirkəti" ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər. Emitentin tədavül müddətində istiqrazları geri satın alması nəzərdə tutulmayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər