00:00:00
Yazar
Admin User
13.01.2026 16:23 102 1 dəq oxuma
İdman

"Fənərbağça"dan parlaq qələbə!

"Fənərbağça"dan parlaq qələbə!

Türkiyə Superkubokunun finalında futbolsevərlər tarixi derbinin şahidi olublar. İstanbulda, Atatürk Olimpiya Stadionunda keçirilən həlledici görüşdə “Fənərbağça” əzəli rəqibi “Qalatasaray”ı 2:0 hesabı ilə məğlub edərək möhtəşəm qələbəyə imza atıb.

 

" “Fənərbağça”nın bu oyunda əsas üstünlüyü maksimum istəkli olmaları idi".


Bu sözləri idman jurnalisti, şərhçi Rövşən Binnətli "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, istəkli olmaq ən yaxşı halda işin yarısıdır, digər yarısı isə o istəyi mübarizə ilə gerçəkləşdirməkdir ki, komandanın futbolçuları bu vəzifənin öhdəsindən bacarıqla gəliblər:


"Son zamanlar komandanın oyununda qeyri-sabitlik diqqət çəkirdi. Bu amil özünü həm avrokubokda, həm də ölkə çempionatında göstərib. "Qalatasaray" mövsümdə ən zəif oyun nümayiş etdirib ki, nəticəsi də məğlubiyyət olub. "Fənərbağça" isə 2014-dən sonra ilk dəfə bu kuboku qazanıb. Söz yox ki, qarşıdakı mübarizələrdə bu uğur müsbət rol oynaya bilər".


Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər