"Fənərbağça" italyan yarımmüdafiəçini icarəyə götürmək istəyir
"Fənərbağça" futbol klubu yarımmüdafə xəttini gücləndirmək üçün İtaliyanın A Seriyasının təmsilçisi "İnter"in formasını geyən Davide Frattesi ilə maraqlanır.
"İnformator.az" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Xatırladaq ki, 26 yaşlı futbolçu 2024-cü ildə "Sassuolo"dan 32 milyon avroya "İnter"ə transfer olunub. Məlumata görə, "Fənərbağça" isə futbolçunu icarəyə götürə bilər. Davide Fratesi ilə İtaliyanın "Yuventus" klubu da maraqlanır.
