00:00:00
Yazar
Admin User
06.01.2026 19:52 82 1 dəq oxuma
İdman

"Fənərbağça" qələbə qazanaraq “Qalatasaray”a rəqib olub

"Fənərbağça" qələbə qazanaraq “Qalatasaray”a rəqib olub

Türkiyə Superkubokunda yarımfinal mərhələsinin növbəti oyunu “Fənərbağça” və “Samsunspor” komandaları arasında keçirilib.

 

"İnformator.az" xəbər verir ki, “Yeni Adana” stadionunda reallaşan qarşılaşma İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Matçda hesabı 4-cü dəqiqədə Kərəm Aktürkoğlu açıb. 67-ci dəqiqədə isə Con Duran fərqi artırıb.

 

Samsunluların yarımmüdafiəçisi Antuan Makumbu 77-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

 

Bununla da “Fənərbağça” Superkubokun həlledici oyununda “Qalatasaray”a rəqib olub.

 

Final qarşılaşması yanvarın 10-da təşkil olunacaq.

 

Qeyd edək ki, “Qalatasaray” yanvarın 5-də “Trabzonspor” üzərində inamlı qələbə qazanmışdı - 4:1.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər