00:00:00
Yazar
Admin User
14.08.2025 12:57 103 1 dəq oxuma
İdman

“Fənərbaxça” da pley-offda!

“Fənərbaxça” da pley-offda!

 

"Fənərbaxça" Səfər oyununda məğlub olub, istər-istəməz psixoloji təsirlər də elə oyunlarda böyük rol oynayır. Burda öz meydanlarında oynayıblar, öz ölkələrində oynamaqlarının üstün cəhəti isə azarkeş dəstəyinin olmasıdır. Bu psixologiya baxımından oyunda Fənərin üstünlük şəraitinə keçməyinı təsir göstərib. Elə ilk hissədən vurulan erkən qol komandanın motivasiyasını yüksəldib onları irəli aparıb".

 

Bu sözləri İdman TV-nin aparıcısı Vəliyeva Həcər "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, bundan əlavə baş məşqçi amilini xüsusilə qeyd etmək lazımdır ki, düzgün taktiki dəyişmələr edib:

 

"Hücumayönümlü oyunçuları daha çox dəyişərək rəqibin müdafiə xəttinin çətinləşməsinə gətirib çıxarıb.
"Benfika" klubu daha təcrübəli, taktiki baxımdan da daha güclü bir komandadır. Portuqaliyanın bu klubu artıq Çempionlar Liqasının müxtəlif təsnifat mərhələlərində, müxtəlif təcrübəli ölkələrin komandaları ilə qarşılıb. Xüsusilə cinah hücumda çox güclüdür, "Fənərbaxça" cərimə zərbələrində səhvə yol versə, rəqib üstünlüyü ələ alacaq".

 


Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər