00:00:00
Yazar
Admin User
04.09.2025 15:34 118 1 dəq oxuma
İdman

Fənərbaxça yay transferlərinə damğa vurub

Fənərbaxça yay transferlərinə damğa vurub

Sarı-göylər bu yay 12 futbolçu ilə heyətini gücləndirib. İlk olaraq Jhon Duran icarəyə götürülüb, ardınca gənc Abdou Aziz Fall ilə 5 illik müqavilə bağlanıb.

 

Rizespordan Tarık Çetin, PSG-dən Milan Skriniar və Gentdən Archie Brown (7,5 milyon avro) transfer edilib. Sağ cinah üçün Nelson Semedo sərbəst şəkildə komandaya qatılıb. Orta sahədə Sofyan Amrabatın 12 milyon avroluq opsionu istifadə olunsa da, futbolçu Betisə icarəyə verilib. West Ham-dan Edson Alvarez də icarə əsasında heyətə cəlb olunub. Hücum xətti isə böyük məbləğlərlə gücləndirilib – Kerem Aktürkoğlu üçün 25 milyon, Dorgeles Nene üçün isə 18 milyon avro ödənib. Bundan başqa, PSG-dən Marco Asensio 7,5 milyon avroya transfer edilib. Son möhtəşəm transfer isə Manchester City-nin qapıçısı Ederson olub. Braziliyalı ilə 3+1 illik müqavilə imzalandı və İngilis klubuna 11 milyon avro ödənib. Fənərbaxça 12 sentyabra qədər transfer fəaliyyətini davam etdirəcək.

 

TRT Haber

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər