Fənərbaxçadan ayrıldıqdan sonra Livakovic'dən transfer etirafı!
Mövsümün əvvəlində "Fənərbaxça"nın İspaniya La Liga təmsilçisi "Girona"ya icarəyə verdiyi xorvatiyalı qapıçı Dominik Livakovic transferi ilə bağlı açıqlama verib.
"Fənərbaxça"dan ayrılaraq "Jirona"ya icarəyə verilən təcrübəli qapıçı Dominic Livakovic transfer prosesindən danışıb.
Xorvatiya millisinin qapıçısı Luka Modric'in "Girona"ya keçidində təsirli olduğunu bildirib:
"Düşünürəm ki, "Girona" çox maraqlı və cəlbedici klubdur, ona görə də gəlməyə qərar verdim. Modriclə çox danışıram; o, mənim komanda yoldaşım və dostumdur. O, transfer qərarımı verməyimdə kömək etdi. O, "Girona" və onun meneceri haqqında yüksək fikirlər söyləyib.
"Mən bura ola biləcəyim ən yaxşı qapıçı olmaq üçün gəlmişəm. Mişeldən çox razıyam; onu çox tələbkar görürəm. Əlimdən gələnin ən yaxşısını etmək üçün əlimdən gələni edəcəyəm."
Hürriyet
Samirə Allahverdizadə
