00:00:00
Yazar
Güllər Gülhüseynova
09.06.2026 17:08 22 1 dəq oxuma
Dünya

Fon der Lyayen: Aİ Ukrayna və Moldovanın üzvlüyü üzrə danışıqların yeni mərhələsinə başlayır

Fon der Lyayen: Aİ Ukrayna və Moldovanın üzvlüyü üzrə danışıqların yeni mərhələsinə başlayır

Avropa İttifaqı (Aİ) yaxın günlərdə Ukrayna və Moldova ilə ilk danışıqlar klasterini açacaq, bu da onların Aİ-yə üzvlük prosesinin növbəti mərhələsinə keçidini ifadə edəcək.


"İnformator.az" xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Brüsseldə Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təqdim edərkən bildirib.

 

"Yaxın günlərdə biz Ukrayna və Moldova ilə ilk klasteri açacağıq. Bu, faktiki olaraq qoşulma prosesinin növbəti mərhələsinə - danışıqların rəsmi başlanmasına qapı açır", - o bildirib.

 

Fon der Lyayen qeyd edib ki, Ukrayna davam edən müharibəyə və üzləşdiyi çətinliklərə baxmayaraq, Aİ-nin tələblərini yerinə yetirməyə davam edir.

 

"Ukrayna şəhərlərinin hücumlara məruz qalmasına baxmayaraq, islahat ardınca islahat həyata keçirir. Ukrayna işin öz üzərinə düşən hissəsini yerinə yetirib", - Avropa Komissiyasının rəhbəri bildirib.

 

Onun sözlərinə görə, Avropa Komissiyası Aİ-yə üzvlük yolunda Ukraynaya dəstəyini davam etdirməyə hazırdır.

 

"İndi bizim də öz üzərimizə düşəni yerinə yetirməyimizin vaxtı çatıb. Bunu etmək üçün tarixi imkanımız var", - fon der Lyayen bildirib.

#danışıqların #mərhələsinə #gündəm #üzrə #başlayır
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər