00:00:00
Yazar
Güllər Gülhüseynova
07.07.2026 17:21 22 1 dəq oxuma
Dünya

Fon der Lyayen: Aİ və Türkiyə müdafiə sahəsində əməkdaşlıq üçün geniş imkanlara malikdir

Fon der Lyayen: Aİ və Türkiyə müdafiə sahəsində əməkdaşlıq üçün geniş imkanlara malikdir

Türkiyə NATO-nun əsas üzvlərindən biri olaraq qalır və müdafiə sahəsində Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı dərinləşdirmək üçün geniş imkanlara malikdir, çünki Aİ öz hərbi imkanlarının gücləndirilməsinə investisiyaları artırır.

 

"İnformator.az" xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen alyansın sammiti çərçivəsində Ankarada keçirilən müdafiə sənayesi forumunda NATO-nun Baş katibi Mark Rütte ilə birgə paneldə bildirib.

 

Onun sözlərinə görə, Türkiyə NATO tərkibində ən böyük ordulardan birinə sahibdir: "Həmişə alyansda, eləcə də Avropa İttifaqı ilə münasibətlərdə mühüm rol oynayıb".

 

Fon der Lyayen qeyd edib ki, Türkiyə həcmi 150 milyard avro olan və vəsaitlərinin təxminən 35 %-i tərəfdaş ölkələr, o cümlədən Ankara ilə əməkdaşlıq üçün nəzərdə tutulan Avropanın SAFE proqramı çərçivəsindəki birgə layihələrdə iştirak edə bilər.

#der #sahəsində #fon #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər