Fon der Lyayen: Diplomatiya Yaxın Şərqdə vəziyyətin nizamlanmasında nəticələr verir
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Yaxın Şərqdə gərginliyin azaldılması üçün diplomatiyanın vacibliyini vurğulayıb.
"İnformator.az" xəbər verir ki, o, bu barədə ABŞ Prezidenti Donald Trampla görüşünün yekunları üzrə "X" hesabında yazıb.
"Evianda (Fransa - red.) Prezident Trampı İranla razılaşmanın əldə edilməsi münasibətilə təbrik etdim. Hər ikimiz razıyıq ki, bu, İranın nüvə proqramının tam dayandırılmasına gətirib çıxarmalıdır. Hörmüz boğazı yenidən açılıb, neft ucuzlaşır. Diplomatiya məhz belə nəticə verir", - fon der Lyayen qeyd edib.