Fon der Lyayen: Ukrayna Avropanı daha güclü edir
Ukrayna Avropanın ayrılmaz hissəsidir və onun təhlükəsizliyinin möhkəmləndirilməsində getdikcə daha vacib rol oynayır.
"İnformator.az" xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kiyevdə ona tarixdə ilk "Avropa" ordeninin təqdim edilməsi zamanı bildirib.
Fon der Lyayen Aİ və Ukrayna arasında müdafiə sənayesi sahəsində yeni tərəfdaşlığın başladığını elan edib. Təşəbbüsün əsas elementi Ukraynanın döyüş təcrübəsini Avropa İttifaqının (Aİ) sənaye potensialı ilə birləşdirəcək pilotsuz aparatların birgə işlənib hazırlanması və istehsalı haqqında saziş olacaq.
O, öz çıxışında Ukraynanın mübarizəsinin "Avropanın azadlığı uğrunda ekzistensial mübarizə" olduğunu vurğulayaraq pilotsuz sistemlər və müdafiə texnologiyaları sahəsində Ukrayna təcrübəsinin bütün Aİ-nin təhlükəsizliyinin möhkəmləndirilməsinə kömək edəcəyini qeyd edib.